Paytaxtda DƏHŞƏT - 54 yaşlı kişi 16 yaşlı qonşusunu boğub öldürdü

Paytaxtda DƏHŞƏT - 54 yaşlı kişi 16 yaşlı qonşusunu boğub öldürdü

Hazırda oxunan: Paytaxtda DƏHŞƏT - 54 yaşlı kişi 16 yaşlı qonşusunu boğub öldürdü

93089

Bakıda 16 yaşlı yeniyetmə qonşusu tərəfindən qətlə yetirilib. 

Bu barədə Bizim.Media-ya Sabunçu Rayon Prokurorluğundan məumat verilib. 

Bildirilib ki, sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO