Bayıl yamacında sürüşmə ehtimalı – Rəsmi açıqlama

Bayıl yamacında sürüşmə ehtimalı – Rəsmi açıqlama

Hazırda oxunan: Bayıl yamacında sürüşmə ehtimalı – Rəsmi açıqlama

9303

Son günlər isə Bakıda yağıntılar qeydə alınıb. Bundan sonra Bakının bir çox sürüşmə ehtimalı olan ərazilərdə yaşayan insanlarda narahtçılıq yaranıb. Sakinlər Bayıl yamacında sürüşmənin ola biləcəyindən ehtiyatlanırlar.

Bizim.Media bu ərazidə aktivləşmə ola bilmə ehtimalı ilə bağlı Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə soğru yönləndirib. 

Qurumdan aldığımız cavabda qeyd olunur ki, narahatçılığa əsas yoxdur, Bayıl yamacında hər hansı bir aktivləşmə müşahidə olunmur. 

Xatırladaq ki, 2018-ci il fevralın 10-da Bayıl yamacında Cənubdərə adlanan ərazidə sürüşmə olub. Nəticədə 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub.

Nazirlər Kabineti Bakı şəhəri, Səbail rayonu ərazisində Bayıl dərəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar köçürülməsi zəruri olan fərdi yaşayış evlərində yaşayan sakinlərə birdəfəlik maddi yardımın ödənilməsi barədə sərəncam verib.

Sərəncama əsasən, sürüşmə zonasından köçürülən 92 fərdi yaşayış evinin sahiblərinə hər bir ev üçün minimum 35 min manat maddi yardım ödənilib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO