Vəhhabilər Şəkinin “Bəxtiyar Vahabzadə”x9d parkında pivə içməyi qadağan ediblər
Şəkidə “Bəxtiyar Vahabzadə”x9d bağında-açıq havada pivə içmək qadağandır. Bu barədə Moderator.az -a məlumat verən gənc yazıçı Asiman Eyniyevin sözlərinə görə, bəzi sakinlər bu əraziyə vəhhabilər nəzarət etdiyini deyiblər. İlkin ehtimallara görə qadağa məhz bu amillə bağlıdır. Asiman Eyniyev deyib ki, bu ərazidə vəhhabilər daha çox görünür.
Gənc yazıçının söhbət etdiyi dindarlardan biri isə deyib ki, əvvəlcə vəhhabiləri şiələrin məscidlərinə də buraxırmışlar, ancaq arxası qibləyə yatırlar deyə onları ordan qovublar.




























































































