Bakıda tikinti şirkəti qəsdən ağacları qurutdu - ARAŞDIRMA BAŞLADI

Bakıda tikinti şirkəti qəsdən ağacları qurutdu - ARAŞDIRMA BAŞLADI

Hazırda oxunan: Bakıda tikinti şirkəti qəsdən ağacları qurutdu - ARAŞDIRMA BAŞLADI

93010

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların quruduğu faktı müəyyən edilib.

Bizim.Media xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11760 manat məbləğində ziyan dəydiyi deyib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”, - deyə B.Məhəmmədov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO