İkili ixtisası olan müəllimlərin sertifikasiyasının hansı formada aparılacağına aydınlıq gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda açıqlama verib.
O bildirib ki, həmin müəllimlərin bir fəndən sertifikasiyasını məqbul hesab edirik.
"Burada müəllimin hansı fəndən daha çox saat dərs dediyi nəzərə alınacaq. Bununla bağlı yerli idarələrdən məlumat alacağıq. Məsələn, müəllim riyaziyyatdan 18 və zəruri ehtiyaca görə informatikadan 2 saat dərs deyirsə, bu zaman sertifikasiyaya riyaziyyat fənni üzrə cəlb etmək daha uyğun olar.
Amma saatlar bərabərdirsə və ya fərq o qədər də böyük deyilsə, seçim müəllimin ixtiyarına buraxıla bilər. Ola bilər ki, 5 ildən sonra da gəlib digər fənn üzrə sertifikasiyadan keçər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:37 / 08.09.2022
İkili ixtisası olan müəllimlərin sertifikasiya qaydası açıqlanıb
Hazırda oxunan: İkili ixtisası olan müəllimlərin sertifikasiya qaydası açıqlanıb
Hazırda oxunan: İkili ixtisası olan müəllimlərin sertifikasiya qaydası açıqlanıb
92792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.