Bakı Dövlət Sirkinə “Fil və dostları” adlı beynəlxalq proqram gəlir

Bakı Dövlət Sirkinə “Fil və dostları” adlı beynəlxalq proqram gəlir

Hazırda oxunan: Bakı Dövlət Sirkinə “Fil və dostları” adlı beynəlxalq proqram gəlir

92784

Bakı Dövlət Sirkinə “Fil və dostları” adlı beynəlxalq sirk proqramı gəlir

Bu barədə Bizim.Media-ya Dövlət Sirkindən məlumat verilib.

Bildirilib ki, proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.

Sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları bütün tamaşaçıları heyrətləndirəcək.
Beynəlxalq sirk proqramı oktyabrın 14-dən noyabrın 27-dək davam edəcək.

Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO