BDU-nun müəllimi dünyasını dəyişdi - FOTO

BDU-nun müəllimi dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: BDU-nun müəllimi dünyasını dəyişdi - FOTO

92699

BDU-nun müəllimi Nərgiz Abasova vəfat edib.

Bu barədə Bizim.Media-ya BDU-dan məlumat verilib.

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nərgiz Abas qızı Abasova vəfat edib.

Nərgiz Abasova 1962-ci ildə Bakıda anadan olub. 1994-1998-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb. O, 2008-ci ildən 2015-ci ilə qədər Kriminalistika və məhkəmə ekspertizası kafedrasında laboratoriya müdiri işləyib.
Nərgiz Abasova eyni zamanda müəllim kimi “Kriminalistika”, “Məhkəmə ekspertizası” və “Əməliyyat axtarış hüququnun əsasları” fənlərini tədris edib.

12 elmi məqalənin müəllifi və 2 dərsliyin, 6 dərs vəsaitinin, 3 proqramın həmmüəllifi olub.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO