20-dən çox ölkənin səyyahlarının QARABAĞA səfəri başlayıb - FOTO

20-dən çox ölkənin səyyahlarının QARABAĞA səfəri başlayıb - FOTO

Hazırda oxunan: 20-dən çox ölkənin səyyahlarının QARABAĞA səfəri başlayıb - FOTO

92675

20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyyahın Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətinə dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley başçılıq edir.

Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasıdır.

Qeyd edək ki, bundan əvvəl - ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub.

Beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.
Apa.az-ın məlumatına görə, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyyah iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO