Sürücülük vəsiqəsini özünüzlə gəzdirməyəcəksiniz - Qanuna dəyişiklik edilir

Sürücülük vəsiqəsini özünüzlə gəzdirməyəcəksiniz - Qanuna dəyişiklik edilir

Hazırda oxunan: Sürücülük vəsiqəsini özünüzlə gəzdirməyəcəksiniz - Qanuna dəyişiklik edilir

9259

Milli Məclisin yaz sessiyasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə ediləcək.

Bizim.Media-nın məlumatına görə, qanun layihəsinə təklif edilən dəyişikliklər aşağıdakılardır:
 

MÖVZU İLƏ BAĞLI:

Bu hərəkətlər avtoxuliqanlıq sayılacaq


- Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə də bu Məcəllənin 16-cı fəsli ilə müəyyən edilən qaydalara uyğun baxılması təklif edilir və Məcəllədəki müvafiq normalar buna uyğunlaşdırılır.

- Sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

- Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir.

Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.(APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO