Bakı Dövlət Sirkindən yeni LOQO - FOTO/VİDEO

Bakı Dövlət Sirkindən yeni LOQO - FOTO/VİDEO

Hazırda oxunan: Bakı Dövlət Sirkindən yeni LOQO - FOTO/VİDEO

92555

Bakı Dövlət Sirki loqotipini yeniləyib.

Bakı Dövlət Sirkinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə Yeni loqotipdə 12 ədəd sirk elementi istifadə olunub.

Bakı Dövlət Sirkinin yeni quruluşda olan  loqotipinin xüsusi ideyası ondan ibarətdir ki, sirk yeni mövsümdən etibarən ilin bütün fəsillərində fəaliyyət göstərəcək.

Qırmızı rəngdə üçbucaqlardan ibarət olan 12 ədəd element birləşərək sirk binasının dam örtüyünün təsvirini yaradıb.

Bu məqam bir daha ona işarədir ki, Bakı Dövlət Sirki  dünya standartalarına cavab verən sirk proqramı ilə ilin bütün fəsillərində sirksevərləri qarşılamağa, onlara qucaq açmağa bir sözlə bir araya gətirməyə hər zaman hazırdır.
Yeni mövsümdən etibarən il boyunca sirk nömrələrinin  nümayiş olunmağı Bakı Dövlət Sirkinin əsas hədəflərindən biridir. 

Yeni loqonun rəsmini təqdim edirik:

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO