Azərbaycan Türkiyədən sualtı robotlar alacaq 

Azərbaycan Türkiyədən sualtı robotlar alacaq 

Hazırda oxunan: Azərbaycan Türkiyədən sualtı robotlar alacaq 

92518

“Azərbaycanla danışıqlar aparırıq, yaxın vaxtlarda müqavilə imzalanacaq”. 

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Bakıda keçirilən 4-cü “ADEX” sərgisində iştirak edən Türkiyənin “Armelsan” firmasının baş direktoru Can Emre Bakım deyib. 

O xatırladıb ki, şirkət artıq 10 ildən çoxdur fəaliyyət göstərir: 

“Şirkətimiz Türkiyədə müdafiə texnologiyası, sualtı akustikası, sualtı radarlar, uzaqdan idarə edilən iş robotları istehsal edir. Robotların suyun altında 3000 metrə qədər işləmək imkanı var.
Su altında minaları zərərsizləşdirə bilən robotlar da istehsal edirik. Məhsullarımızla bağlı Azərbaycanın aidiyyəti qurumları ilə təmaslarımız davam edir. Detalları hələlik açıqlamaq istəməzdim”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO