Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi həyata keçirilir. Ümumilikdə bu mərhələdə 25 ailə (125 nəfər) Zəngilanın Ağalı kəndində yeni evlərlə təmin olunacaq.
Bizim.Media xəbər verir ki, bu fikriləri AZƏRTAC-a müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti departamentinin direktor müavini Nazilə Alməmmədova söyləyib.
O qeyd edib ki, bu gün daha 12 ailə Ağalı kəndinə köçürüləcək. İkinci mərhələnin növbəti köçü isə sentyabrın 10-da olacaq.
"Ağalı kəndinə köçürüləcək ailələr Bakı, Sumqayıt və Abşeron rayonlarında qəzalı binalarda, sanatoriyalarda, yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrdir ki, onların da içində Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var. Həmin ailələr isə mövcud qanunvericiliyə əsasən püşkatma əsasında ailə tərkibinə uyğun olaraq evlərlə təmin ediliblər”, - deyə Nazilə Alməmmədova bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:48 / 07.09.2022
Ağalı kəndinə köçürülən ailələr püşkatma əsasında müəyyən edilib - RƏSMİ
Hazırda oxunan: Ağalı kəndinə köçürülən ailələr püşkatma əsasında müəyyən edilib - RƏSMİ
Hazırda oxunan: Ağalı kəndinə köçürülən ailələr püşkatma əsasında müəyyən edilib - RƏSMİ
92450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.