Azərbaycan və Türkiyə qırıcıları havaya qaldırıldı - TAPŞIRIQ İCRA EDİLDİ / FOTO

Azərbaycan və Türkiyə qırıcıları havaya qaldırıldı - TAPŞIRIQ İCRA EDİLDİ / FOTO

Hazırda oxunan: Azərbaycan və Türkiyə qırıcıları havaya qaldırıldı - TAPŞIRIQ İCRA EDİLDİ / FOTO

92414

“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib.

Müdafiə Nazirliyindən (MN) Bizim.Media-ya verilən məlumata görə, sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO