Ağdam sakini dövlətin verdiyi 8 min manatdan niyə imtina edib? – TƏFƏRRÜAT 

Ağdam sakini dövlətin verdiyi 8 min manatdan niyə imtina edib? – TƏFƏRRÜAT 

Hazırda oxunan: Ağdam sakini dövlətin verdiyi 8 min manatdan niyə imtina edib? – TƏFƏRRÜAT 

92387

2020-ci il 44 Vətən müharibəsi zamanı dağıntılara məruz qamış evlər dərha təmir edilməyə başlanıb. Azərbaycan-Ermənistan dövlət sərhəddi boyunca, habelə qoşunların keçiş qarşıdurma xəttində yerləşən yaşayış məntəqələrinə baxış keçirilərək, komissiyanın çıxardığı qərarlara əsasən vətəndaşlara dəymiş ziyan aradan qaldırılıb.

Lakin sözügedən məsələ ilə bağlı narazı olan vətəndaşlar da var.  

Ədalət Həsi oğlu Məmmədov Ağdam rayonun Çəmənli kəndində yaşayır. O bildirir ki, yaşadığı evin yaxınlığına 2016-cı ilin aprel ayında da mərmi düşüb.

Evinin zərər görməsi səbəbindən evdə təmir işləri aparılıb. Ancaq vətən müharibəsi zamanı həyətinə düşən artilleriya mərmiləri evin mətbəx hissəsini və bir otağını tamamı ilə dağıntıya məruz qoyub:
“2020-ci il, 8 oktyabr tarixində həyətimə mərmi düşdü. Həmin gün özümə heç nə olmasa da qardaşım qəlpə yaraları aldı, evimin bir tərəfi uçdu. Bundan başqa evin divarlarında böyük çatlar əmələ gəldi. Demək olar ki, evim tam qəzalı vəziyyətdədir. Dəfələrlə komissiya gəlib baxış keçirsə də evin yenidən tikilməsinə görə qərar çıxarmadılar. Bununla bağlı qapıya gəlib yazıb-pozdular. Ancaq heç bir faydası olmadı. Məsələ ilə bağlı bir çox instansiyalara yazılı müraciət ünvanlamışam. Məktublar göndriləndə gəlib yenidən baxırlar, amma yenə də bir fayda olmur”, - deyir Ədalət Məmmədov.

Ədalət Məmmədov 1966-cı ildə Çəmənli kəndində doğulub. O, birinci Qarabağ müharibəsində iştirak edib. Atəşkəsdən sonra isə 1996-cı ilə qədər xidmət edib.

Hazırda yaşadığı problemlə bağlı bildirir ki, evinə zərər dəymiş vətəndaşlara ayrılmış min manat pulu alıb. Lakin sonradan komisiyanın qərarı evin təmiri üçün səkkiz min manat pulu götürməyib. Buna səbəb kimi evin tamamı ilə qəzalı vəziyyətdə olması və yenidən tikilməyə ehtiyac olduğunu qeyd edib.

Məsələ ilə bağlı Bizim.Media-nın şifahi sorğusuna cavab olaraq Ağdam rayon icra hakimiyyətindən bildirilib ki, həmin vətəndaş icra hakimiyyəti başçısının qəbulunda da olub.

Onun müraciətinin yerli icra hakimiyyəti ilə əlaqəli olmadığı izah olunub. Vətəndaşın diqqətinə çatdırılıb ki, bölgələrdə təmir-bərpa-tikinti işlərini aparan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olub.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, biz bu məslə ilə bağlı sakinə öz fikrilərimizi çatdırmışıq:

“Ağdam rayon Çəmənli kənd sakini Ədalət Həsi oğlu Məmmədova məxsus fərdi yaşayış evi 44 günlük vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan görmüş tikililərdəndir.

Fərdi yaşayış evinə Dövlət Komissiyası tərəfindən dəfələrlə baxış keçirilib və tikili bərpa olunacaq obyektlər siyahısına daxil edilib. Lakin vətəndaş tərəfindən evin bərpa edilməsinə icazə verilmir və tikilinin sökülərək yenidən inşa edilməsi tələb edilir”.
Yəni, Ədalət Həsi oğlu Məmmədova məxsus fərdi yaşayış evi təmirə uyğundur, onun sökülüb yenidən tikilməsinə ehtiyac yoxdur. Bu yersiz yerə dövlət vəsaitinin israf edilməsidir.

P.S.Amma biz Ədalət Məmmədovun evinin şəkillərini də yazıya əlavə edirik. Bu evin təmirə uyub-uymamasına şəkillərdən özünüz qərar verin.

Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO