Qubada ayı 3 arı yeşiyini dağıtdı, balları yedi - FOTO

Qubada ayı 3 arı yeşiyini dağıtdı, balları yedi - FOTO

Hazırda oxunan: Qubada ayı 3 arı yeşiyini dağıtdı, balları yedi - FOTO

92336

Qubada ayı açıq havada saxlanılan arı yeşiklərini dağıdıb.

Haputlu ərazi icra nümayəndəliyindən Bizim.Media-ya verilən məlumata görə, ayı Quba şəhər sakini İftixar İsmayılovun rayonun Haputlu kəndi ərazisində saxladığı 70 arı yeşiyindən 3-nü dağıdaraq pətəkdəki balları yeyib. 

Ümumiyyətlə, son illər bənzər hadisə Qubada tez-tez təkrarlanır. Belə ki, rayonun Cek kəndi ərazisində bir neçə dəfə belə hal qeydə alınıb. 
Mütəxəssislərin fikrincə, əyri pəncəli vəhşi heyvanın bu davranışı çox təbiidir.

Qeyd edək ki, Qubada dağ arıçıları artıq arı yeşiklərinin mühafizəsini gücləndiriblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO