Tovuzda sürücü idarəetməni itirdi - Xəstəxanalıq oldu

Tovuzda sürücü idarəetməni itirdi - Xəstəxanalıq oldu

Hazırda oxunan: Tovuzda sürücü idarəetməni itirdi - Xəstəxanalıq oldu

92248

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Həzi Aslanov küçəsində hərəkətdə olan “KIA Sorento” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Həkimlərin ilkin tibbi yardımından sonra sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO