Bakıda avtomobil ağaca çırpıldı - Bir ailənin iki üzvü xəsarət aldı

Bakıda avtomobil ağaca çırpıldı - Bir ailənin iki üzvü xəsarət aldı

Hazırda oxunan: Bakıda avtomobil ağaca çırpıldı - Bir ailənin iki üzvü xəsarət aldı

92243

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Bizim.Media  xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, Ceyhun Ağayev idarə etdiyi “Opel” markalı avtomobillə əvvəlcə yol kənarındakı ağaca çırpılıb. İdarəetmədən çıxan avtomobil səkiyə dəyərək dayanıb.

Qəza nəticəsində “Opel”-də olan C.Ağayevin ailə üzvlərindən iki nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Apa.az-ın məlumatına görə, yaralılara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO