Məktəbli qızı döyən Rasilə Əliyevanın ilk MƏHKƏMƏSİ oldu - ÖZƏL

Məktəbli qızı döyən Rasilə Əliyevanın ilk MƏHKƏMƏSİ oldu - ÖZƏL

Hazırda oxunan: Məktəbli qızı döyən Rasilə Əliyevanın ilk MƏHKƏMƏSİ oldu - ÖZƏL

92136

Bu gün Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Əliyevanın işi üzrə ilkin məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında ittiham olunan şəxslə zərərçəkmiş tərəf iştirak edib. 

Bizim.Media xəbər verir ki, növbəti məhkəmə iclası sentyabrın 12-nə təyin edilib. 

Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prokurorluqdan Rasilə Əliyevanın xidməti otağında döydüyü iddia edilən şəxslə bağlı AÇIQLAMA 


İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO