Laçın, Zabux və Susdakı minatəmizləmə işləri ilə bağlı SON MƏLUMAT

Laçın, Zabux və Susdakı minatəmizləmə işləri ilə bağlı SON MƏLUMAT

Hazırda oxunan: Laçın, Zabux və Susdakı minatəmizləmə işləri ilə bağlı SON MƏLUMAT

92119

“Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçən gündən etibarən Müdafiə Nazirliyi ilə birgə həmin ərazilərdə minatəmizləmə əməliyyatlarına başlanılıb".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistanın mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir" - ANAMA sədri 


O bildirib ki, bu yaxınlarda Müdafiə Nazirliyi ilə birgə Laçında aparılan minatəmizləmə işləri ilə bağlı birgə məlumat yayıblar: “Həmin məlumatlarda yeni mina sahələrinin aşkarlanması öz əksini tapmışdı. Aşkar olunan minalar məlum olub ki, Ermənistan tərəfindən müharibədən sonra istehsal olunub. Bu da qarşı tərəfin məkrli siyasətini əks etdirir”.

ANAMA sədri qeyd edib ki, hazırda Laçında minatəmizləmə işləri davam etdirilir: “Müdafiə Nazirliyinin və ANAMA-nın əməkdaşları oradadırlar. Əhalinin ora tez bir zamanda qayıtması üçün minatəmizləmə işləri ilə məşğul olurlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO