Kişi boşanmaq istəyən arvadını döydü, sonra maşından yerə atdı – TƏFƏRRÜAT  

Kişi boşanmaq istəyən arvadını döydü, sonra maşından yerə atdı – TƏFƏRRÜAT  

Hazırda oxunan: Kişi boşanmaq istəyən arvadını döydü, sonra maşından yerə atdı – TƏFƏRRÜAT  

92087

Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü Ziya Nuriyev arvadı Xuramana (adlar şərti verilib – red.) xəsarətlər yetirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il aprelin 27-də Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən “Nur” mebel salonunda baş verib.

Ziyanın arvadı Xuramanla aralarında mübahisə yaranıb. O, arvadının sifət və baş nahiyəsinə bir neçə dəfə vurub, ardınca isə “Nur” mebel salonunun qarşısında avtomobildən itələyərək yerə yıxıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziya bildirib ki, Xuraman ilə 2007-ci ildə ailə həyatı qurub və birgə nikahdan 4 övladı dünyaya gəlib:

“Yaşadığımız müddət ərzində dəfələrlə aramızda münaqişələr olub. Xuraman boşanmağımız barədə Mediasiya Şurasına müraciət etdi. Aprelin 27-də evin açarını Xuramandan almaq üçün dəfələrlə ona zəng etdim.

Xuraman açarı verməyəcəyini bildirdi. Buna görə də Xuramanın anasının işlədiyi “Nur” mebel salonuna getdim. Orada Xuramandan açarı istədiyim zaman aramızda münaqişə yarandı. Mənə məhəl qoymayaraq telefonla məşğul olduğu üçün əlindən telefonu aldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Xuraman ona məxsus “Ford” markalı avtomobilə əyləşib:

“Bu zaman avtomobili işə saldım və yolun hərəkət hissəsinə sürdüm. Orada avtomobili saxladım. Bu zaman Xuraman avtomobildən özü düşərək mebel salonuna getdi. Xuramanı vurmamışam və ona xəsarət yetirməmişəm”.
Ziya deyib ki, hadisə zamanı həmin yerdə qaynanası, uşaqları və yoldan keçən tanımadığı şəxslər olub:

“Özümü təqsirli bilmirəm. Himayəmdə biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan üç uşağım var”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Xuramanın sözlərinə görə, aprelin 27-də Ziya onun anasının işlədiyi “Nur” mebel salonuna gəlib və ondan Mediasiya Şurasına göndərdiyi məktubu istəyib:

“Ona məktubu verməyəcəyimi dedim. Ziya mobil telefonu əlimdən aldı. Sonra sifət və baş nahiyələrimdən bir neçə dəfə vuraraq məni döyməyə başladı. Ziya mobil telefonumu qaytarmadığı üçün onun avtomobilinə əyləşdim, onu getməyə qoymadım. Ziya məni itələyərək avtomaşından yerə yıxdı. Sonra avtomobili sürərək oradan uzaqlaşdı.  

Başım və sağ qolum asfalta dəyərək əzildi, huşumu itirdim. Ayılanda isə artıq mebel mağazasının içərisində olduğumu gördüm”.  
Xəzər rayon Məhkəməsinin hökmü ilə Ziya 9 ay müddətə cəzaya məhkum edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO