510 il əvvəl Azərbaycan türkcəsində verilmiş İLK FƏRMAN - FOTO

510 il əvvəl Azərbaycan türkcəsində verilmiş İLK FƏRMAN - FOTO

Hazırda oxunan: 510 il əvvəl Azərbaycan türkcəsində verilmiş İLK FƏRMAN - FOTO

92075

Azərbaycanlıların aborigen xalq olması aksiomadır. Tarix boyu regionda çox sayda azərbaycanlıların dövləti olub. Qədim Manna, Midiya, Atropatenadan tutmuş, Albaniya, Girdman, Qacarlara qədər bu regionda müxtəlif sayda və adda böyük dövlətlərimiz olub.

Baxmayaraq ki, onların adı xalqımızın adı ilə eyni olmayıb. Amma bu dövlətin qurucuları da azərbaycanlılar olub, onların dili də Azərbaycan dili olub. Nəzərə alaq ki, dünyada əksər dövlətlərin adı ilə xalqın adı çox zaman eyni olmayıb.
Məsələn, Bizans, Roma imperiyaları, Səlcuqlar dövləti və ən nəhayət Osmanı İmperiyası. 1923-cü ilə qədər tarixdə Türkiyə deyilən bir dövlət olmayıb. Amma türklərin qurduğu böyük dövlətlər və imperiyalar olub. Və bütün dövlətlərdə bu varislik prinsipi hər zaman qorunub.

Lakin, bizim bəzi “sapı özümüzdən olan baltalar” çox zaman varislik prinsipinin əleyhinə gedirlər. Və hətta həyasızcasına səslərini də qaldırırlar ki, “o zaman, Azərbaycan var idi?” Bu nadanlar bir şeyi unudurlar ki, BMT-nin üzvü olan 192 dövlətin 100 il qabaq heç 90 faizinin eyni adlı dövləti olmayıb.

Məsələn, dünyanın ən qədim xalqlarından olan yəhudilərin rəsmi dövləti 11 may 1949-cu ildə yaradılıb.

Yəni deməyimiz odur ki, Azərbaycan Respublikasının 104 yaşı olsa da azərbaycanlıların dövlətçilik tarixinin bir neçə min illik tarixi var. Və tarix boyu həmin dövlətlərdə rəsmi dil Azərbaycan türkcəsi olub.

Fikrimizin sübutu üçün tarixdə Azərbaycan dilində verilmiş ilk dövlət fərmanını oxucuların diqqətinə çatdırırıq.

Bu Səfəvilər dövlətinin banisi Şah İsmayılın Xətainin 23 iyun 1512-ci il tarixdə imzaladığı fərmandır. Bu fərmanı Azərbaycan dövlətçiliyi və Azərbaycan dili tarixində müstəsna edən odur ki, Musa Turqut oğluna göndərilən bu fərman Azərbaycan dilində olan hələ ki, ilk sənəddir.

Fərmanda deyilir:

“Bismilləhir-rahmənir-rahim

Əbülmüzəffər İsmayıl Bahadur

Sözümüz (fərmanımız)

Əmiri-əzəmi-əkrəm Musa Durğut oğlı inayət və şəfqətimizə ümidvar oləndən sonra şöylə bilsün kim, iftixaür ül-əazim vələyan Əhməd Ağa Qəramanlu ol tərəfə göndərdük və ol hər nə ki ixtiyarliğini kendünə şəfqət etdük. Gərək kim müşarinileyh sözündən və məsləhətindən çıxməsün və mütabiət və yardım ona qılsun kim, inşaAllahi-Təala hər nə kim onun müradi və istəki olsə, hasildir. 

Gündən-günə nə iş vaqe bulsa, Əhməd Ağa ittifaqi ilə dərgahi-müəllamizə bildürsünlər kim, hər növ buyuruğımız olsə, əməl etsün, gönlünü xoş tutub, mərhəmətimizə isdar olsun”.
Bu sənədi gündəmə gətirməklə həm “sapı özümüzdən olan balatalar”a, həm də farslara sübut etmək istəyirik ki, Azərbaycan dövləti Azərbaycan xalqı qədər qədimdir. Və heç kəs bu həqiqətin üzərinə kölgə sala bilməz.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO