Bu prospektdəki məhdudiyyət ARADAN QALDIRILDI 

Bu prospektdəki məhdudiyyət ARADAN QALDIRILDI 

Hazırda oxunan: Bu prospektdəki məhdudiyyət ARADAN QALDIRILDI 

92073

Paytaxtın Tbilisi prospektində tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

Prospektdə görülən təmir-bərpa işləri hazırda hərəkət iştirakçılarının yoldan rahat və təhlükəsiz istifadəsinə imkan yaradıb.

AAYDA tərəfindən aparılan təmir işləri sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq, əsasən gecə saatlarında, eləcə də həftəsonları icra edilərək qısa müddət ərzində yekunlaşıb.

Zərurət yarandığı hallarda gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilib. Bütün bu müddət ərzində hərəkət iştirakçılarının təhlükəsizliyi üçün DYP tərəfindən qabaqlayıcı tədbirləri görülüb.
Belə ki, təmirlə əlaqədar yolda tətbiq olunan məhdudiyyətlər, eləcə də hərəkətin təşkili ilə bağlı görülən tədbirlər barədə DYP tərəfindən əvvəlcədən ictimaiyyətə geniş məlumat verilib, habelə təmir işlərinin aparıldığı müddətdə sutka ərzində xidmətə cəlb olunan YPX əməkdaşları sürücü və piyadaların yoldan təhlükəzsiz və fasiləsiz istifadəsi üçün şərait yaradıb, bütün qüvvə və vasitələrdən istifadə olunmaqla hərəkət iştirakçılarının məmnunluğu təmin edilib.

Bu haqda ictimaiyyət tərəfindən Baş DYP İdarəsinə ünvanlanan çoxsaylı müraciətlərdə təmirlə əlaqədar yaranan müvəqqəti narahatlığın anlayışla qarşılandığı bildirilib və YPX əməkdaşlarının onların təhlükəsizliyi və rahatlığı üçün fasiləsiz xidmət aparması xüsusi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO