“Wolt” şirkəti iki gündür əməkdaşlarının tətil keçirməsi ilə bağlı məsələyə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, şirkətin açıqlamasında onların xidmət göstərmək istəməməsi ilə bağlı seçimlərinin hörmətlə qarşılandığı qeyd olunub:
“Dünən və bu gün bir kuryer qrupu Bakıda tətil keçirir. Onların sifarişləri qəbul etməyib xidmət göstərməmək seçiminə hörmətlə yanaşırıq. Lakin, təəssüf ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik törətmək ilə əks etdirir.
Bu qrup, populyar restoranların qarşısında yığışaraq işləmək istəyən kuryer-partnyorlara sifarişləri götürməyə imkan vermir.
Bəzi kuryerlərin narazı olub işləməməsinə anlayış ilə yanaşsaq da, çoxluq təşkil edən razı kuryer-partnyorların güc ilə qarşısını kəsib, həm onların, həm də restoranların qazanc əldə etməsinə maneyə olmasını heç bir şəkildə qəbul edə bilmərik", - deyə açıqlamada bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:10 / 02.09.2022
Azərbaycanda “Wolt”un işçiləri TƏTİL ELAN ETDİLƏR
Hazırda oxunan: Azərbaycanda “Wolt”un işçiləri TƏTİL ELAN ETDİLƏR
Hazırda oxunan: Azərbaycanda “Wolt”un işçiləri TƏTİL ELAN ETDİLƏR
91791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.