Bakıda kikboksinq üzrə məşqçi olan 48 yaşlı Nurani Qalabəyli qətlə yetirilib.
Bizim.Media xəbər verir ki, ağır cinayət günorta saat 12 radələrində paytaxtın Xətai rayonunda baş verib.
Neapol küçəsi 41 ünvanında yaşayan 48 yaşlı Nurani Qalabəylinin mənzildə öldürülməsi barədə Xətai Rayon Prokurorluğuna məlumat daxil olub.
Həyat yoldaşından 13 yaş kiçik olan Əfsanə Qalabəyli şübhəli şəxs qismində saxlanaraq istintaqa təhvil verilib. Qonşuların sözlərinə görə, 4 uşaqlı ailə bir neçə ildir ki, həmin mənzildə kirayə qalırmış.
Sakinlər deyiblər ki, qətldən sonra ağır psixoloji duruma düşən qadın qışqıraraq binanın qarşısında qaçmağa başlayıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Əfsanə Qalabəyli barəsində ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media