“Belə çıxır ki, Kürdəmirdə ən emosional insanlar yaşayır?” – Sosioloqdan bu fikrə ETİRAZ

“Belə çıxır ki, Kürdəmirdə ən emosional insanlar yaşayır?” – Sosioloqdan bu fikrə ETİRAZ

Hazırda oxunan: “Belə çıxır ki, Kürdəmirdə ən emosional insanlar yaşayır?” – Sosioloqdan bu fikrə ETİRAZ

91761

“Doğulduğun yer, coğrafiya sənin qədərindir”. Bəlkə də əksəriyyətimiz tez-tez bu sözü eşitmişik. Bəzi alimlərlər isti iqlim qurşağının müşahidə olduğu ölkələrdə yaşayanların daha mülayim, sosial, mərhəmətli və yeni təcrübələrə açıq kimi xarakterizə edirlər. Lakin soyuq iqlim elə adından göründüyü kimi daha “soyuq”, sakit təbiətli, produktiv insanların yaşadığı yer kimi göstərilir.

Bəs qeyd olunan mülahizələr nə qədər doğrudur? İqlimin insan xarakterinə təsirində hansı rolu var?

Suallarımızı sosioloq Əhməd Qəşəmoğlu cavablandırıb. O, Bizim.Media-ya açıqlamasında iqlimin insan xarakterinə təsir etməsinin doğru olduğunu təsdiqləyib:

“İqlimin insan xarakterinə təsir etməsi doğrudur. Çünki günəş enerjisinin çox alınması, onunla təmasda olmaq fiziki həmçinin psixoloji cəhətdən insana təsir edir. Amma bir mənalı olaraq, isti iqlimdə yaşayan bütün şəxsləri emosional adlandırmaq düzgün deyil.
Məsələn Böyük Britaniya İrlandiyalılarla yanaşı yaşayırlar. Hər iksi də soyuq iqlimdə yaşamaqlarına baxmayaraq irlandlar olduqca emosionaldılar amma ingilislər belə deyil. Lakin iş baxımından soyuq iqlimdə yaşayanların daha produktiv olması məsələsi ilə mübahisəlidir. Bu əsnada, sözügedən ingilislər, irlandlar koreyalılardan, yaponlardan daha mı produktivdir?

Bu, belə deyil. Onlar isti iqlimdə yaşamalarına baxmayaraq sakit və bir o qədər də çalışqan, innovativdirlər. Elə gəlin, Azərbaycanı deyək. Belə çıxır ki, Kürdəmirdə, Göyçayda, Ağdaşda ən emosional insanlar yaşayır? Bu düşüncə yanlışdır”.
Sosioloqun fikrincə, təkcə iqlimin və coğrafi mühitin zəkaya, birbaşa insanın hislərinə təsir etməsi ilə əlaqələndirmək doğru hesab edilməz:

“Burada digər amillər də rol oynayır. Məsələn deyək ki, bir xalq əslər boyu Qafqazdan köç edən norveçlilər, italyanlar və bir çoxlarının xüsusiyyətləri həmçinin tayfaların yaşayış yerindən, adət-ənənələrindən, mədəniyyətlərindən, dinindən qaynaqlana bilir.

Mən həmişə deyirəm ki, davranışa təsir edən 4 amil var:

1. İnsanın öz fitrəti

2. Mühit

3. Aldığı informasiyalar

4. Üstünlük verdiyi dəyərlər

Bu dördü birlikdə müxtəlif ölkə, sistemdə yaşayan insanların davranışlarını formalaşdırır”, - deyə Ə.Qəşəmoğlu fikirlərini tamamlayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO