Birinci ixtisas qrupu üzrə müsabiqəyə hansı abituriyentlər buraxılır?  

Birinci ixtisas qrupu üzrə müsabiqəyə hansı abituriyentlər buraxılır?  

Hazırda oxunan: Birinci ixtisas qrupu üzrə müsabiqəyə hansı abituriyentlər buraxılır?  

91750

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılır. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.  

Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri fərqlidir.  

Birinci ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. 

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir: 

- Riyaziyyat və fizika ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır; 

- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhə-ləsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır. 

Qeyd edək ki, abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO