Ölkənin aparıcı İT şirkəti “Yaşat” Fonduna dəstək göstərdi

Ölkənin aparıcı İT şirkəti “Yaşat” Fonduna dəstək göstərdi

Hazırda oxunan: Ölkənin aparıcı İT şirkəti “Yaşat” Fonduna dəstək göstərdi

9174

İnformasiya Texnologiyaları sahəsində xidmətlər və avadanlıq ilə təmin edilməsi üzrə fəaliyyət göstərən “A2Z Advisors” MMC ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 50 min manat ianə köçürüb.

Bziim.Media xəbər verir ki, 08 Dekabr 2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb.
 

Fond sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.


Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Qazi Turalın müalicəsini YAŞAT Fondu boynuna götürdü - ÖZƏL - VİDEO


2013-cü ildə yaradılan “A2Z Advisors” MMC fəaliyyət istiqamətləri sırasına İT infrastrukturun yaradılması və idarə edilməsi, İT avadanlıqların satışı, şifrəli İP telefoniya sisteminin qurulması, kamera müşahidə sistemlərinin layihələndirilməsi və qurulması, giriş-çıxışa nəzarət sistemlərinin qurulması və yanğın təhlükəsizliyi sistemlərinin qurulması daxildir.

Rəqəmsal dünyada rəqabətə davamlı, etibarlı və təhlükəsiz xidmətlər təklif edən A2Z Advisors, öz sahəsində daim yenilənən beynəlxalq təcrübə və İT imkanları təqdim edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO