Laçında

Laçında "Berdzor" lövhəsini sındıranlar tutulubmu? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Laçında "Berdzor" lövhəsini sındıranlar tutulubmu? - RƏSMİ AÇIQLAMA

91735

Laçında erməni dilində “Berdzor” yazılan lövhəni sındıran şəxslərin həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.  

Bununla bağlı Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Bizim.Media-ya açıqlama verib.

O bildirib ki, Laçın rayonu ərazisində vətəndaşın lövhəni sındırmasına görə həbs edilməsi ilə bağlı iddialar yalandır:  

“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olduqları və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqları üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Həmin ərazidə də “surpriz” partlayıcı və mina təhlükəsi var.  
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO