Bərdədə hamını heyrətə gətirən MÜƏMMALI HADİSƏ - VİDEO

Bərdədə hamını heyrətə gətirən MÜƏMMALI HADİSƏ - VİDEO

Hazırda oxunan: Bərdədə hamını heyrətə gətirən MÜƏMMALI HADİSƏ - VİDEO

91618

Bərdə rayonunun Piyadalar kəndində son bir neçə gündə insanlar arasında dəri xəstəliyi yayılıb.

Bizim.Media xəbər verir ki, bəzi kənd sakinləri heyvanlar arasında yayılan qarayara xəstəliyinin insanlara keçməsindən narahat olub. Bəziləri isə bunu əkin sahələrində istifadə edilən kimyəvi vasitələrlə əlaqələndirirlər.

Kənd bələdiyyəsindən bildirilib ki, təşvişə səbəb olacaq bir vəziyyət yoxdur. Hazırda 3-ü kişi, 2-si qadın olmaqla ümumilikdə 5 nəfər xəstəxanaya müraciət edib.
Rayon baytarlıq idarəsinin əməkdaşları da kəndə ezam olub. Baytarlar tərəfindən dezinfeksiya işləri aparılır. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından faktı təsdiqləyiblər. Bildirilib ki, müraciət edənlərin dərisində yaralar əmələ gəlib və onların müalicəsi davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO