Biləsuvarda YANĞIN - Təsərrüfata ciddi ziyan dəydi

Biləsuvarda YANĞIN - Təsərrüfata ciddi ziyan dəydi

Hazırda oxunan: Biləsuvarda YANĞIN - Təsərrüfata ciddi ziyan dəydi

91560

Biləsuvar rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində Çingiz Seyfullayevə məxsus təsərrüfatda baş verib.

Yanğın əvvəlcə ümumi sahəsi 104 kvadratmetr olan metal konstruksiyalardan ibarət talvarda başlayıb. Daha sonra yanğın yaxınlıqda ümumi sahəsi 121 kvadratmetr olan birmərtəbəli evə keçib.
Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq yanğın söndürülüb.

Yanğın nəticəsində talvarın altına yığılan 160 ton ot bağlamasının 10 tonu, birmərtəbəli evin isə 2 ədəd plastik pəncərə çərçivəsi, qapısı və dam örtüyünün yanar konstruksiyaları 6 kvadratmetr sahədə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO