“Binə” Ticarət Mərkəzindən 300 minlik oğurluq edən şəxslərdən YENİ XƏBƏR  

“Binə” Ticarət Mərkəzindən 300 minlik oğurluq edən şəxslərdən YENİ XƏBƏR  

Hazırda oxunan: “Binə” Ticarət Mərkəzindən 300 minlik oğurluq edən şəxslərdən YENİ XƏBƏR  

91548

Külli miqdarda oğurluqda təqsirləndirilən Əziz Abbasov və Əfrail Abbasov Ali Məhkəməyə müraciət edib.  

Bizim.Media-nın məlumatına görə, onlar kassasiya şikayətində barələrindəki hökmün dəyişdirilməsini və azadlığa buraxılmaq niyyətlərini bildiriblər. 

Şikayət Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. Məhkəmə yaxın günlərdə keçiriləcək.

İttiham aktına görə, hər iki şəxs paytaxtın Binə Ticarət Mərkəzində yerləşən 7 mağazadan 295 min 401 manat məbləğində oğurluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Abbasov 8 il və Əfrail Abbasov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər, lakin məhkəmə şikayəti təmin etməyib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO