Bərdədə təcavüzə uğrayan qızın vəkilindən ÖZƏL AÇIQLAMA

Bərdədə təcavüzə uğrayan qızın vəkilindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Bərdədə təcavüzə uğrayan qızın vəkilindən ÖZƏL AÇIQLAMA

91537

Bərdə rayonunda cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın istintaq hərəkətləri davam etdirilir. İstintaqın gedişatı yeniyetmə qıza qarsı 4 nəfərin seksual xarakterli hərəkəti istiqamətində aparılır. 

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında cinsi zorakılığa məruz qalan qızın ailəsinin vəkili Ruhəngiz Quliyeva məlumat verib.

O, bildirib ki, hazırda istintaq işləri davam etdirilir:

“Hadisənin necə adlandırılması da hələ tam həllini tapmayıb. İstintaqın gedişində tövsih dəyişəcək, onu da deyə bilmirik. Hər halda proses zamanı bəlli olacaq. Amma məsələ ilə bağlı heç bir güzəştdən söhbət gedə bilməz”.
 

MÖVZU İLƏ BAĞLI:

Bərdədə təcavüzə uğrayan qız Bakıya GƏTİRİLİR? – “Orada reabilitasiya olunacağına əmin deyiləm”


Vəkil xatırladıb ki, yeniyetməyə qarşı seksual xarakterli zorakılıq hərəkətlər edənlərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb:

“4 nəfərdən 3-ü saxlanılıb və barələrində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Digəri azyaşlı olduğundan barəsində qanunla məsuliyyət nəzərdə tutulmur. İstənilən halda ananın yeganə tələbi qızına qarşı seksual hərəkətlər edənlərə ən ağır və layiqli cəza verilməsidir. Tutaq ki, 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulubsa, istəyimiz ən yuxarı həddir”.

Xatırladaq ki, xoşagəlməz olay avqustun 25-də Bərdə rayonunda yaşanıb. 14 yaşlı qıza 4 nəfər tərəfindən seksual hərəkətlər edilib və görüntüləri yayılıb. Videonu çəkib yayan 4 nəfər müəyyən edilərək saxlanılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO