Avqustun 30-dan 31-ə keçən gecə Qusarın Piral kəndində baş verən qətllə bağlı Qusar rayon Prokurorluğunda CM-nin 120.1 maddəsi ilə açılan cinayət işinin istintaqı davam edir.
Piral kənd sakini, 44 yaşlı Farik Mollayev gecə saatlarında arvadı, 34 yaşlı Oksana Mollayevanı 17 bıçaq zərbəsi ilə öldürüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ərlə arvad arasında hansı səbəbdən mübahisənin baş verdiyi və bunun nəticəsi olaraq ağır qətl hadisəsinin törədildiyi hələlik məlum deyil.
Məlumata görə, F.Mollayev həyat yoldaşını öldürdükdən sonra özü polisə zəng vuraraq qətl törətdiyini deyib.
Hadisə baş verərkən ailənin 3 övladı yatmış olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:25 / 01.09.2022
Qusarda törədilən ağır qətllə bağlı DETALLAR
Hazırda oxunan: Qusarda törədilən ağır qətllə bağlı DETALLAR
Hazırda oxunan: Qusarda törədilən ağır qətllə bağlı DETALLAR
91507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.