Ağalı kəndinə daha 25 ailə köçürüləcək

Ağalı kəndinə daha 25 ailə köçürüləcək

Hazırda oxunan: Ağalı kəndinə daha 25 ailə köçürüləcək

91446

"Yaxın bir həftə ərzində Zəngilan rayonunun Ağalı kəndinə 25 ailə köçürüləcək".

Bizim.Media xərbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb: 

"41 ailə artıq orada öz həyatını davam etdirir. Yaxın bir həftə ərzində 25 ailəni "Ağıllı kənd"ə köçürməyi nəzərdə tuturuq. Bundan sonra da Dövlət Komitəsinin qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Ümumilikdə 200 ailənin ora köçürülməsini mərhələ-mərhələ həyata keçirəcəyik".
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO