Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı bu qaydada aparılacaq – DƏYİŞİKLİK

Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı bu qaydada aparılacaq – DƏYİŞİKLİK

Hazırda oxunan: Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı bu qaydada aparılacaq – DƏYİŞİKLİK

91401

Nazirlər Kabineti “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dəyişiklik xüsusi qeydiyyatla bağlıdır.

Qərara əsasən, çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində xüsusi qeydiyyata alınacaqlar.
 

Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidməti isə siyahıdan çıxarılıb.

Beləliklə, son dəyişiklikdən sonra çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Prezidentin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində və Xüsusi Dövlət Mühafizə Xidmətində xüsusi qeydiyyata alınacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO