Yaponiya səfiri söz verdi - “Ağdamda yeni işlər görüləcək”

Yaponiya səfiri söz verdi - “Ağdamda yeni işlər görüləcək”

Hazırda oxunan: Yaponiya səfiri söz verdi - “Ağdamda yeni işlər görüləcək”

91399

“Yaponiya səfirliyi işğaldan azad olmuş ərazilərdə bəzi bərpa işlərinin görülməsini öz öhdəsinə götürüb”.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Ağdam rayon icra hakimiyyəti başçısı Vaqif Həsənov bildirib.  

İcra başçısı rayon ərazisində həyata keçirilmiş bir sıra layihələrdən geniş söhbət açıb.

O, həmin layihələrin rayon əhalisi üçün səmərəliliyini vurğulayıb və belə işlərin mütəmadi olaraq davam edəcəyini qeyd edib:  

“Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi 2023-cü ildə daha 2 kəndimizdə içməli su, artezian quyusunun qazılmasında köməklik göstərəcəyinə söz verib. Biz iş adamlarına bu istiqamətdə müraciət etmişik. Müraciətlər əsasında bu layihələr həyata keçirilir”.  
İcra başçısı, həmçinin rayon ərazisində yüz min ədəddən artıq ting yetişdirildiyini bildirib:  

“Gələcəkdə kiçik istirahət zonalarında da tinglər əkiləcək. Bir ildən sonra eyni qaydada kəndlərimizdə, yol kənarlarında, insanların istirahət edə biləcəyi yerlərdə də tinglər əkəcəyik”.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO