Ağdamda artezian suvarma sistemləri bərpa edilib - FOTO 

Ağdamda artezian suvarma sistemləri bərpa edilib - FOTO 

Hazırda oxunan: Ağdamda artezian suvarma sistemləri bərpa edilib - FOTO 

91380

Ağdam rayonunun Ballar kəndində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Ağdam rayonunun 9 kəndində suvarma sisteminin bərpa olunması” layihəsinin təqdimat mərasimi keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, rayon ictimayyətinin nümayəndələri, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və yerli sakinlər iştirak ediblər.  

Bildirilib ki, layihənin reallaşdırılmasının nəticəsində rayonun Quzanlı, Alıbəyli, Ballar, Birinci Yüzbaşlı, Bəybabalar, Böyükbəyli, İmamqulubəyli, Kəlbəhüseynli və Eyvazlı kəndlərinin istifadəyə yararsız quyu tipli artezian suvarma sistemi bərpa edilib.  
Bununla da 9 kənddə istifadəsi dayandırılmış kənd təsərrüfatına yararlı torpaq sahələrindən yenidən istifadə olunur.  

İcra başçısı Vaqif Həsənov belə bir layihənin Ağdam rayonunda tətbiq olunmasının əhəmiyyətini vurğulayaraq, başda Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi olmaqla, layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə xüsusi təşəkkürünü bildirib.  

Yaponiyalı səfir hazırda icra olunan layihə ilə yanaşı, gələcəkdə də müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib:  

“Bu işlər bölgə əhalisinin məşğulluğunu artırmağa xidmət edəcək. Hazırda ot kökləri çərçivəsində təhsil, səhiyyə və içməli su suvarma sistemlərinin bərpası kimi bir sıra layhələr nəzərdə tutulur. Eyni zamanda, ekologiya sahəsində tullantıların idarə olunmasının reallaşdırılması da nəzərdə tutulur.  
Kənd təsərrüfatında istehsal və qadın məşğulluğu ilə bağlı bir sıra layhələr keçirilə bilər. Hər bir rayonun nümayəndələrilə bu məsələlərlə bağlı müzakirələr apararaq layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO