Şeyxülislam Roma Papası ilə görüşə bilər – Qazaxıstandakı müzakirələrdə... 

Şeyxülislam Roma Papası ilə görüşə bilər – Qazaxıstandakı müzakirələrdə... 

Hazırda oxunan: Şeyxülislam Roma Papası ilə görüşə bilər – Qazaxıstandakı müzakirələrdə... 

91321

Sentyabrın 13-də Qazaxıstanda Dünya və Ənənəvi Dini Liderlərin VII Qurultayı keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. 

Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri Gündüz Babayev apa.az-a bildirib ki, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda keçiriləcək Dünya və Ənənəvi Dini Liderlərin VII Qurultayına dəvət alıb: 

“Şeyxülislam Allahşükür Paşazadə Qurultayın Katibliyinin üzvü kimi tədbirə dəvət alıb”. 

Qeyd edək ki, Roma Papası Fransisk də Qurultayda iştirak edəcək. 

G.Babayev QMİ sədri ilə Roma Papasının görüşüb-görüşməyəcəyinə da aydınlıq gətirib: 

"Qazaxıstanda Şeyxülislam Allahşükür Paşazadə ilə Roma Papasının görüşünün olub-olmayacağı hələ elan edilməyib. Bununla Roma papasının protokolu məşğuldur”. 
Bu il yanvarın 13-də Vatikanda Roma Papası ilə Şeyxülislam Allahşükür Paşazadənin görüşündə Vatikan nümayəndə heyətinin Qarabağa səfəri ilə bağlı razılığa gəlinmişdi. QMİ sədri ilə Roma Papasının Qazaxıstanda görüşü baş tutarsa, bu məsələnin müzakirə olunmasına gəldikdə, Gündüz Babayev deyib ki, Vatikan heyəti Qarabağa səfər üçün dəvət olunub, lakin şəxsən Papaya bu barədə müraciət olmayıb: 

“Roma Papası həvari ziyarətləri edir, dövlətlərin paytaxtlarına gedir çox vaxt. Bu səbəbdən yalnız Vatikan heyəti dəvət olunub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO