Bəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
23.07.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bizim.Media
![Baş Prokurorluq sabiq deputatın qardaşının azadlığa buraxılması ilə bağlı AÇIQLAMA YAYDI Baş Prokurorluq sabiq deputatın qardaşının azadlığa buraxılması ilə bağlı AÇIQLAMA YAYDI](https://bizim.media/file/articles/2022/08/31/1661934052_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:18 / 31.08.2022
Baş Prokurorluq sabiq deputatın qardaşının azadlığa buraxılması ilə bağlı AÇIQLAMA YAYDI
Hazırda oxunan: Baş Prokurorluq sabiq deputatın qardaşının azadlığa buraxılması ilə bağlı AÇIQLAMA YAYDI
Hazırda oxunan: Baş Prokurorluq sabiq deputatın qardaşının azadlığa buraxılması ilə bağlı AÇIQLAMA YAYDI
91313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.