Gəncədə 75 yaşlı kişini maşın vurub öldürdü

Gəncədə 75 yaşlı kişini maşın vurub öldürdü

Hazırda oxunan: Gəncədə 75 yaşlı kişini maşın vurub öldürdü

91283

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Hərəkətdə olan "BMW" markalı minik maşını yolu keçmək istəyən şəhər sakini, 1947-ci il təvəllüdlü Həmzə Yusubovu vurub.

Yaralı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO