“Bir nazirlik nə qədər imtahan keçirər?” - Osman Gündüzdən DİM-ə ETİRAZ

“Bir nazirlik nə qədər imtahan keçirər?” - Osman Gündüzdən DİM-ə ETİRAZ

Hazırda oxunan: “Bir nazirlik nə qədər imtahan keçirər?” - Osman Gündüzdən DİM-ə ETİRAZ

91172

“Kənardan müşahidə edəndə Elm və Təhsil Nazirliyi nəhəng imtahan mərkəzi, kütləvi imtahanlar nazirliyi təəssüratını yaradır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz qeyd edib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin kütləvi şəkildə tək olaraq imtahan təşkil etməsi qurumu qarşısına qoyduğu vəzifələrdən uzaqlaşdıra bilər və bu yolda o tək qalmamalıdır:

“Bir Nazirlik nə qədər imtahan keçirər? Direktroların işə qəbulu, Bağçalara işə qəbul, Müəllimlərin işə qəbulu, Müəllimlərin setifikasiya imtahanı və s. bu tip kütləvi imtahanları keçirmək böyük resurslar tələb edir. Elm və Təhsil Nazirliyi də özünün xeyli resurslarını, məktəblərin və ali təhsil müəssisələrinin resurslarını, nazirliyin və təhsil müəssisələrinin canlı qüvvəsini, könüllüləri, texniki-texnoloji resursları bu imtahanların keçirilməsinə cəlb edir. Dövlətin kütləvi imtahanların təşkili məqsədilə yaratdığı qurum - Dövlət İmtahan Mərkəzi isə bütün bu prosesləri sadəcə kənardan müşahidə edir. Bu qədər ağır bir proses, nəhəg resursların cəlbi ilə kütləvi imtahanların təşkli ETN-i öz qarşısına qoyduğu vəzifələrdən uzaqlaşdırmırmı? Burada söhbət nazirlik tərəfindən təşkil olunan imtahanların keyfiyyətindən, qiymətləndirmənin mahiyyətindən getmir”.

O.Gündüzün sözlərinə görə, Elm və Təhsil Nazirliyi daha çox təhsilin modernləşdirilməsinə üstünlük verməli, imtahanın təşkli prosesi isə DİM-ə həvalə olunmalıdır. DİM özü bu ikitirəliyə etiraz etməli və digər dövlət strukturlarına keçirilən imtahanlar kimi bunu da öz əlində cəmləməlidir:

“ETN bu məsələləri son illərdə xeyli təkmilləşdirə bilib, yəni, keyfiyyət və texniki-texnoloji baxımdan bildiyim qədər bu tip kütləvi proseslər əvvəlki illərə nisbətən daha təkmil qaydada keçirilir. Amma görəsən bütün bunlar məntiqlidirmi və faydalıdırmı, ölkədə təhsil sahəsinə, təhsil siyasətinin müəyyən edilməsinə cavabdeh qurumun bu sahədə daha fundamental məsələlərə diqqət yetirməsi doğru olmazdımı? Burada həm də öz tabeliyindəkiləri qiymətləndirən Nazirliklə bağlı bir maraq toqquşması faktı qarşıya çıxır. Görünən odur ki, ETN qarşısına qoyulan vəzifələr getdikcə çoxalır. 

Son zamanlar qəbul edilən fərman və sərəncamlarda və digər normativ sənədlərdə, qəbul edilən strategiyalarda ETN qarşısında çox ciddi hədəflər müəyyən edilib. Qlobal dünyanın da müasir çağırışları təhsil sektorundan daha çevik və effektiv qərarlar tələb edir.


Bu baxımdan, fikrimcə, ETN bu qədər nəhəng resursları təhsilin inkişafına və keyfiyyətinin qaldırılmasına, təhsilin modernləşdirilməsinə yönəltsə daha məqsədəuyğun və məntiqli olardı”, - deyə bildirən O.Gündüz bununla təhsilin inkişafı baxımından daha böyük uğurlar və müsbət nəticələr əldə etmək olacağını diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO