Nazirdən struktur dəyişikliyi TƏKLİFİ - Məktəblərə hansı azadlıq verilməlidir?

Nazirdən struktur dəyişikliyi TƏKLİFİ - Məktəblərə hansı azadlıq verilməlidir?

Hazırda oxunan: Nazirdən struktur dəyişikliyi TƏKLİFİ - Məktəblərə hansı azadlıq verilməlidir?

91158

“Məktəblərin strukturuna yenidən baxılması vacib olsa da, fikrimcə, lüks olan məktəbdə təhsilin keyfiyyətinə əhəmiyyət verilməyəcəyi təqdirdə, struktura yenidən baxılmasının heç bir önəmi olmayacaq”.

Bu barədə Bizim.Media-ya danışan təhsil eksperti Ramal Şəmşədli düşünür ki, Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan televiziyasına açıqlamasında məktəblərin strukturuna yenidən baxılması vacibliyi əsasən keyfiyyət amilinə söykənməlidir.

Bu mənada nazirlik struktur yeniliyindən daha çox müəllimlərin keyfiyyət göstəricisinə diqqət yetirməlidir:

“Yetərincə modern məktəblər var. Amma buna baxmayaraq, həmin məktəblər tədris nöqteyi-nəzərindən yenə də geri qalmaqda davam edirlər. Ona görə də deyirəm ki, həmin vəsaitlər ilk növbədə təhsilin keyfiyyətinə yönəldilməlidir.  Uğursuzluğumuzun səbəbi yeni dünya təhsil sistemilə ayaqlaşmağa çalışmağımız fonunda, müəllimlərin, şagirdlərin inkişafı istiqamətində hər hansı bir ciddi addımların atılmamasıdır”.  

Digər ekspert Kamran Əsədov isə qeyd edir ki, təhsildə əlçatanlıq üçün idarəetmədən tutmuş struktura qədər geniş sahələrdə islahatlara ehtiyac var:

“Azərbaycanda bütün məktəblər istər idarəetmə, istərsə də infrastruktur baxımından sovet dövründən qalma məktəblərdir. 30 il ərzində məktəblərdə heç nə dəyişməyib. Eyni fənlər, eyni hədəflər. Struktur olaraq da eynidir. Bu dəyişilməlidir. Məktəblərdə tədrisin təşkilindən tutmuş idarəetməyə qədər hər şeyi dəyişməliyik. Peşəkarlıq, mobillik artmalıdır. Tək direktor və müavin deyil, digər təşkilatı şəxslərin də idarəetməyə cəlb edilməsinə ehtiyac var. İndilikdə isə Azərbaycan məktəbi 1985-ci ilin məktəbindən heç nə ilə fərqlənmir. Məktəblərə maliyyə və idarəetmə sərbəstliyi, akademik azadlıq verməliyik”. 

Ekspert onu da bildirir ki, struktur islahatlarına gedə biləcəyimiz kadrlar isə hələ ki, yoxdur:

“Ştatus yaradılır, kadr isə sonra yetişdirilir. Valideynlərin məktəbin idarə edilməsi və tədris prosesində iştirakı həyata keçəndən sonra, kadrlar da yetişdiriləcək. Artıq magistratura səviyyəsində təhsilin idarəedilməsi üzrə kadrlar hazırlanır. Bir neçə ilə bu istiqamətdə kifayət qədər məzunlarımız olacaq. Amma onların keyfiyyətli olub-olmayacağını zaman göstərəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO