Qubada 54 ilin məktəbi sökülür - SƏBƏB - FOTO

Qubada 54 ilin məktəbi sökülür - SƏBƏB - FOTO

Hazırda oxunan: Qubada 54 ilin məktəbi sökülür - SƏBƏB - FOTO

91153

Qubanın Bağbanlı qəsəbəsində qəzalı və təhlükəli vəziyyətdə olan Bağbanlı qəsəbə orta məktəbinin binası H.Əliyev Fondunun dəstəyi ilə yenidən inşa olunacaq.

Bu barədə bu gün aidiyyatı təşkilatlarla birgə qəsəbəyə gələn Quba İH başçısı Ziyəddin Əliyev açıqlama verib.

O bildirib ki, tezliklə yeni məktəbin inşasına başlanılacaq. Rayon rəhbəri sakinlərin tikinti ilə bağlı təkliflərini dinləyib, müvafiq təşkilat nümayəndələrinə tapşırıqlarını verib.

Qeyd edək ki, şəhid Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbi düz 54 il əvvəl tikilib, cari təmirlərə baxmayaraq tədris ocağında dərs keçmək çox çətinləşmişdi.
Hazırda köhnə binanın sökülməsi işləri gedir. İcra başçısı Ziyəddin Əliyev valideynlərə məlumat verib ki, yeni dərs ilində uşaqlar müvəqqəti olaraq qəsəbədəki folklor evində yerləşəcək.Yeni bina tikilib istifadəyə verilənədək dərslər folklor evində keçiriləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO