Neftçala rayonunda 65 yaşlı kişi öz evində qətlə yetirilib.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə Neftçala rayonunun Xıllı qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbə sakini, 38 yaşlı Saleh Qurbanov ötən gün axşam saatlarında qonşusu, həm də uzaq qohumu olan 65 yaşlı Səxavət Əiyevgilə gəlib. Olay da bundan sonra baş verib.
Belə ki, iki qonşu arasında mübahisə münaqişəyə çevrilib. Elə bu zaman Saleh Qurbanov stolun üstündə gördüyü qoyun qırxmaq üçün qayçını götürüb və qonşusu Səxavət Əliyevə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən qaçıb.
Yaralı Neftçala rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Qonşuların sözlərinə görə, mərhum olduqca sakit adam olub. Son günlər hansısa xəstəliyindən əziyyət çəkirmiş.
Onu qətlə yetirən Səxavət Əliyev isə dələduzluq üstündə 30 sutka həbs edilib və bir-iki gün əvvəl həbsdən çıxıbmış.
Meyit müayinə olunmaq üçün məhkəmə tibbi-ekspertizaya göndərilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə təqsirləndirilən Səxavət Əliyev isti izlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:05 / 30.08.2022
Neftçalada törədilən ağır qətl hadisəsinin DETALLARI - VİDEO
Hazırda oxunan: Neftçalada törədilən ağır qətl hadisəsinin DETALLARI - VİDEO
Hazırda oxunan: Neftçalada törədilən ağır qətl hadisəsinin DETALLARI - VİDEO
91141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.