“Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyilə bağlı bir neçə istiqamət üzrə tədbirlər görülüb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov Beynəlxalq İtkinlər Günü ilə bağlı keçirilən “İtkin düşmüş şəxslərin şəxiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” adlı tədbirdə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
44 günlük müharibədə itkin düşən hərbçilərimizin sayı açıqlandı
İsmayıl Axundov əlavə edib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasından 2021-ci ilin fevral ayından cari ilin aprelin 25-dək 67 meyit kisəsində 138 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkar edilib:
“Bu istiqamət üzrə Hərbi Prokurorluq tərəfindən 53 məhkəmə ekspertizası təyin edilib”.
Murad Əhmədov, Bizim.Media