Qara çörəyin qiymətində 3 qat bahalaşma qeydə alındı – SƏBƏB NƏDİR? - FOTO

Qara çörəyin qiymətində 3 qat bahalaşma qeydə alındı – SƏBƏB NƏDİR? - FOTO

Hazırda oxunan: Qara çörəyin qiymətində 3 qat bahalaşma qeydə alındı – SƏBƏB NƏDİR? - FOTO

90996

“Bu qiymətə çörək alıb yeməkdənsə, elə ac qalıb belə pəhriz saxlayaram”.

Azərbaycanda unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik hətta daha çox bahalaşma müşahidə edildi. Artıq bu bahalaşma çovdar tərkibli, “qara” dediyimiz çörəklərdə də baş verir.

Belə ki,  “Eviar” MMC-nin “İvanovka” brendinə məxsus çovdar çörəklərinin qiyməti, habelə “Nömrə 1” çörək zavoduna məxsus bəzi çörək növlərinin qiymətində 2 hətta 3 qat bahalaşma var.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlıların çox çörək yeməsi psixoloji TRAVMADIR - BMT-nin açıqlamasına ekspert RƏYİ 


Alıcılar bildirir ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi 2 manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.

Bizim.Media olaraq bahalaşmanın səbəbini aydınlaşdırmaq üçün MMC-lərlə əlaqə saxladıq.

Hər iki çörək zavodundan verilən məlumatda bildirilir ki, pəhriz çörəklərindəki qiymət artımı xamalların bahalaşması ilə bağlıdır:

“Pəhriz çörəklərinin də tərkibinə əla növ un qatılır. Həmçinin bununla yanaşı çövdar unu və digər məmulatlar da əlavə olunur. Hazırda xammallar bahalaşdığı üçün pəhriz çörəklərinin qiymətində də bahalaşma var”.

İqtisadçı ekspertlər isə qiymətlərin mağazalarda fərqli olması məsələsinə aydınlıq gətiriblər.

Onların sözlərinə görə, sözügedən sahə sərbəst bazardır və qiyməti sahibkarlar müəyyənləşdirir. Lakin aidiyyatı qurumlar hər hansı sui-istifadə hallarına yol verilməsinin qarşısını almalıdırlar.

Səkinə Yusibli, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO