Bu il neçə uşaq övladlığa verilib?

Bu il neçə uşaq övladlığa verilib?

Hazırda oxunan: Bu il neçə uşaq övladlığa verilib?

90902

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 150 uşaq övladlığa verilib. Onlardan 79-u oğlan, 71-i qızdır.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, inkişaf səviyyəsinin öyrənilməsi üçün monitorinqlər aparılır.

Bu il də 771 uşağın övladlığa verildiyi ailələrdəki vəziyyəti monitorinq edilib.

1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Bundan sonra övladlığagötürmə sahəsində elektron infrastruktur üzərində yeni müasir idarəetmə sistemi yaradılıb. Həmin vaxtdan 152-si oğlan, 146-sı qız olmaqla 298 uşaq övladlığa verilib.
Bu il həmçinin reinteqrasiya tədbirləri nəticəsində 73 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO