Xaçmazda şəhid ailələri və qazilər üçün piknik keçirildi - FOTO

Xaçmazda şəhid ailələri və qazilər üçün piknik keçirildi - FOTO

Hazırda oxunan: Xaçmazda şəhid ailələri və qazilər üçün piknik keçirildi - FOTO

90839

Xaçmazda şəhid ailələri, qazilər və Vətən Müharibəsi iştirakçıları üçün piknik keçirilib.

Bizim.Media xəbər verir ki, Xaçmaz İcra hakimiyyətinin təşkilatçılığı ilə bazar günü keçirilən istirahət yönümlü tədbirdə şəhid ailələri və digər imtiyazlı şəxslər xoş saatlar yaşayıblar.

Samur-Yalama Milli Parkında baş tutan piknikdə Xaçmaz RİH başçısı Elnur Rzayev və rayon polis şöbəsinin Həmid Həsənov da iştirak edib.

İcra başçısı Elnur Rzayev şəhid ailələrinə dövlətin qayğısından danışaraq onların qayğılarının həllinin  həmişə Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarətində  olduğunu vurğulayıb.

Birgə nahardan sonra rayon rəhbəri və polis rəisi də piknik iştirakçıları ilə müxtəlif oyunlara qatılıb.

Elnur Rzayev şəhid ailələri və qazilərlə nərd də atıb, voleybol və stolüstü tennis də oynayıb.
Çay süfrəsində tort da kəsilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO