Qazaxıstan meyvələrin qəhvəyi qırışıqlıq virusunun aşkarlanması ilə əlaqədar Azərbaycandan pomidorların gətirilməsini qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Rosselxoznadzor”un mətbuat xidməti yayıb.
"Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "Rosselxoznadzor"a pomidor meyvəsinin qəhvəyi qırışıqlıq virusunun aşkarlanması ilə əlaqədar Azərbaycan pomidorlarının gətirilməsinə qadağa qoyulması barədə məlumat verib", - deyə məlumatda qeyd edilir.
Çatdırılma yanvarın 16-dan qadağan edilib.
Bildirilir ki, pomidor idxalına qadağa Aİİ-nin və Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq qoyulub.
Rusiya qurumunun qazaxıstanlı həmkarlarından aldığı məktuba görə, Azərbaycan tərəvəzləri Qazaxıstana 2 və 12 yanvar 2021-ci il tarixlərində Azərbaycanın karantin və bitki mühafizəsi üzrə milli təşkilatı tərəfindən verilmiş fitosanitar sertifikatların müşayiəti ilə daxil olub.
Xatırladaq ki, məhsullarda virusun aşkar edilməsi Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar-sənaye kompleksində Dövlət Müfəttişliyi Komitəsinin "Bitkilərin Respublika Karantin Mərkəzi" tərəfindən təsdiqlənib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 20.01.2021
Qazaxıstan Azərbaycandan pomidor idxalını qadağan etdi - Rosselxoznadzor
Hazırda oxunan: Qazaxıstan Azərbaycandan pomidor idxalını qadağan etdi - Rosselxoznadzor
Hazırda oxunan: Qazaxıstan Azərbaycandan pomidor idxalını qadağan etdi - Rosselxoznadzor
9078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.