Laçında tikilən hava limanı belə olacaq - YENİ FOTOLAR

Laçında tikilən hava limanı belə olacaq - YENİ FOTOLAR

Hazırda oxunan: Laçında tikilən hava limanı belə olacaq - YENİ FOTOLAR

90744

İşğaldan azad edilmiş Laçın rayonunda tikilən yeni hava limanının maketinin görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotolarda hava limanının dispetçer qülləsi, əsas terminal binası, dayanacaq və uçuş-enmə zolağı görünür.

Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. 

Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.

Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO